Bank Of Baku

Gəncəyə yeni zibil qutuları gətirilib

Gəncəyə yeni zibil qutuları gətirilib
# 19 noyabr 2008 23:30 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. Gəncəyə məişət tullantılarının yığılması üçün 66 ədəd zibil qutusu gətirilib. Zibil qutuları ilk olaraq şəhərin Şah İsmayıl Xətai və Atatürk prospektlərinə yerləşdirilib. Gəncə şəhər Təmizlik İdarəsinin müdiri Nizami Babayevin APA –nın qərb bürosuna verdiyi məlumata görə, şəhərə daha 300 ədəd yeni zibil qutusu gətiriləcək. Onun sözlərinə görə, zibil qutuları pas atmayan materialdan hazırlanıb: “Məişət tullantılarının daşınması üçün Türkiyə – Almaniya istehsalı olan MAN markalı yeni avtomobil də xəttə buraxılıb. Avtomobillər 90 zibil qutusunu yığıb daşıma imkanına malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR