Bank Of Baku

Bakıda müəllif hüquqları ilə bağlı beynəlxalq seminar keçiriləcək

Bakıda müəllif hüquqları ilə bağlı beynəlxalq seminar keçiriləcək
# 19 noyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dekabrın 3-4-də Azərbaycanda Avropa Komissiyası Müəllif Hüquqları Agentliyi (MHA) ilə birlikdə “Müəllif hüquqlarının təminatı” mövzusunda beynəlxalq seminar keçirəcək. Bu barədə APA-ya MHA-nın hüquq sektorunun müdiri Xudayat Həsənli məlumat verib. Onun sözlərinə görə, seminarda müəlliflik hüququq institutunun ümumi istiqamətləri, əqli mülkiyyət hüququnun perspektivləri, müəlliflik hüququ ilə əlaqəli hüquqların qorunmasının Avropa standartları, Ümumdünya Ticarət Təşkilatının əqli mülkiyyətlə əlaqəli aspektləri müzakirə olunacaq. X. Həsənlinin sözlərinə görə, Avropanın təcrübəli ekspertlərinin iştirak edəcəyi seminarda Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı problemlər də müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR