Bank Of Baku

Azərbaycanda əcnəbi əmək miqrantlarının işə icazənin alınması üçün ödədiyi illik rüsumun məbləği 25 dəfə artırılacaq

Azərbaycanda əcnəbi əmək miqrantlarının işə icazənin alınması üçün ödədiyi illik rüsumun məbləği 25 dəfə artırılacaq
# 19 noyabr 2008 10:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əcnəbi əmək miqrantlarının işə icazənin alınması üçün ödədiyi illik rüsumun məbləğinin artırılması təklifi ilə hökumətə müraciət edib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
F.Ələkbərovun sözlərinə görə, Nazirlər Kabineti sənədi təsdiqləyəndən sonra Azərbaycana gələn əcnəbi əmək miqrantları və ya onları işə götürənlər indi olduğu kimi 40 manat deyil, 1000 manat illik rüsum ödəyəcək.
«Biz ucuz, keyfiyyətsiz və bacarıqsız işçi qüvvəsinin Azərbaycana gəlməsini istəmirik. Belə olan təqdirdə işəgötürənlər də yerli işçilərə üstünlük verəcəklər», - deyə nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, bu rüsumun 2009-cu ilin əvvəlindən tətbiqi planlaşdırılır.
F.Ələkbərovun sözlərinə görə, hazırda ƏƏSMN-dən fərdi qaydada icazə alıb Azərbaycanda çalışan əcnəbi əmək miqrantlarının sayı 5 min nəfərə yaxındır: «Ötən il bu 1300 nəfər idi. Əslində əcnəbi əmək miqrantlarının sayı bizdə qeydə alınanandan dəfələrlə çoxdur. Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə təxminən 40 min nəfərə yaxın xarici vətəndaş qeydiyyatdadır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR