Bank Of Baku

Salyanda tutumu 5 min ton olan soyuducu anbar istifadəyə verilib

Salyanda tutumu 5 min ton olan soyuducu anbar istifadəyə verilib
# 19 noyabr 2008 10:38 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov-APA. Salyanda meyvə, tərəvəz və ət məhsullarının il boyu saxlanılması üçün soyuducu anbar istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, Ələt-Astara magistralının 122-ci kilometrliyində quraşdırılan, tutumu 5 min ton olan soyuducu kameraların avadanlıqları əsasən Türkiyə və Çindən gətirilib. Müasir standartlara cavab verən və 8 seksiyadan ibarət soyuducu anbarın 7 seksiyasında meyvə və tərəvəzlər, dondurucu olan başqa bir seksiyada isə ət və ət məhsulları saxlanılacaq. Ümumi tutumu 10 min ton olan soyuducu anbarın ikinci 5 min tonluq anbarı da tikilməkdədir. Soyuducu anbar Salyan və ətraf rayonlarda yetişdirilən məhsulların saxlanması üçün nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR