Bank Of Baku

Füzuli Ələkbərov: «Azərbaycanda qeyri-formal işləyənlərin leqallaşdırılması üçün qəti addımlar atacağıq»

Füzuli Ələkbərov: «Azərbaycanda qeyri-formal işləyənlərin leqallaşdırılması üçün qəti addımlar atacağıq»
# 19 noyabr 2008 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2008-ci ilin yanvar-sentyabr aylarında təxminən 20 minə yaxın işçi ilə işəgötürənlər arasında əmək müqaviləsinin bağlanmasını təmin edib. «APA-Economics»in bildirdiyinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
Nazir bildirib ki, hesabat dövründə çoxlu sayda işçinin əmək müqaviləsində göstərilən əməkhaqqının real əməkhaqqına uyğunlaşdırılması təmin olunub.
«Əmək müqavilələrində minimum əməkhaqqı yazılır və bu da reallığa uyğun deyil. Bu gün inşaat sektorunda çalışan fəhlələr gündə 10-20 manat məvacib alır ki, bu da ayda 300-600 manat deməkdir. Azərbaycanda qeyri-formal işləyənlərin sayı həddən artıq çoxdur və onların leqallaşdırılması üçün qəti addımlar atacağıq», - deyə nazir vurğulayıb.
F.Ələkbərov hazırda Azərbaycanda işsizlik səviyyəsinin 6,2% olduğunu və öz növbəsində işsizlərin böyük əksəriyyətinin işləmək marağında olmadıqlarını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR