Bank Of Baku

Gələn il Azərbaycanda ünvanlı sosial yardım alan hər bir ailəyə orta hesabla ayda 115 manat xərclənəcək

Gələn il Azərbaycanda ünvanlı sosial yardım alan hər bir ailəyə orta hesabla ayda 115 manat xərclənəcək
# 19 noyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn il Azərbaycanda ünvanlı sosial yardım alan hər bir ailəyə verilən pul vəsaiti orta hesabla 110-115 manat təşkil edəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
Nazirin sözlərinə görə, 2009-cu il üçün ehtiyac meyarının həddi 60 manat olacağı üçün adambaşına düşən ünvanlı sosial yardımın da məbləği 60 manatadək artırılacaq.
Qeyd edək ki, 2009-cu ildə ünvanlı sosial yardımların verilməsi üçün dövlət büdcəsindən 210 mln. manat vəsaitin ayrılması nəzərdə tutulur.
Ünvanlı sosial yardımların verilmə prosedurasının sadələşdirildiyini deyən F.Ələkbərovun sözlərinə görə, yardım alacaq ailələr müəyyənləşdirilən zaman hər hansı hesablamanın düzgün aparılmamasını da istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR