Bank Of Baku

“Hər uşağın ailəyə ehtiyacı var” kampaniyası başlayıb

“Hər uşağın ailəyə ehtiyacı var” kampaniyası başlayıb
# 20 noyabr 2008 16:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi Heydər Əliyev Fondu, “Azərsell Telekom” MMC və UNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birlikdə uşaqların ailə mühitində böyüməsinə yardım etmək məqsədi ilə “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasına başlayıb. APA-nın xəbərinə görə, bununla bağlı adı çəkilən qurumların nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, kampaniyanın məqsədi uşaqların ailə mühitində böyümək hüququ, onların bioloji və ya himayədar ailələrə qovuşması, övladlığa götürülmə hallarının artırılması, eləcə də yerli səviyyədə uşaqlar üçün vahid sosial xidmətlərin yaradılmasında hökumətin səylərinə dəstək verilməsi kimi məlumatların təşviq edilməsindən ibarətdir. Bildirilib ki, bu gün Azərbaycanda 17 min uşaq dövlət müəssisələrində yaşayır, bioloji valideynləri onlara qayğı göstərə bilmir. Heydər Əliyev Fondunun departament rəhbəri, millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edərək fond rəhbərliyinin uşaqlara göstərdiyi qayğı barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR