Bank Of Baku

İstanbulda Turkiyə, Azərbaycan və İranda qadın hüquqlarının vəziyyəti ilə bağlı konfrans keçirilir

İstanbulda Turkiyə, Azərbaycan və İranda qadın hüquqlarının vəziyyəti ilə bağlı konfrans keçirilir
# 28 noyabr 2008 15:03 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. İstanbul şəhərində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Türk Dünyası İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə Türkiyə, Azrəbaycan və İranda qadın hüquqları mövzusunda konfrans keçirilir. APA-nın Türkiyə bürosunun xəbərinə görə, mediaya qapalı keçirilən toplantıda hüquq müdafiəçilərinin məruzələri dinlənilir, sonra isə məruzələr ətrafında müzakirələr aparılır. Üç gün davam edəcək toplantının sonunda Memorandumun qəbulu planlaşdırılır. Qonşu ölkələrin qadın hüquqları müdafiəçilərinin daha səmərəli əməkdaşlığını təşkil etmək məqsədilə yaxın vaxtlarda Azərbaycan, Türkiyə və İran qadın hüquqları müdafiəçilərinin müştərək şəbəkəsi yaradılacaq, sonra bu şəbəkə Avropa və Orta Asiya ölkələrinin hesabına genişlənəcək.

Qeyd edək ki, toplantıda Avropa ölkələrindən gələn hüquq müdafiəçiləri də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR