Bank Of Baku

Milli Məclisin komissiya sədri: “Hazırda Azərbaycanda dörd min nəfər övladlığa uşaq götürmək istəyir”

Milli Məclisin komissiya sədri: “Hazırda Azərbaycanda dörd min nəfər övladlığa uşaq götürmək istəyir”
# 28 noyabr 2008 15:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycanda 4000 nəfər övladlığa uşaq götürmək istəyir”. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli bildirib. Komissiya sədrinin sözlərinə görə, ölkədə qurulan ailələrin 11 faizinin taleyi boşanma ilə nəticələnir. Boşanmaların 50 faizinin səbəbinin sonsuzluq olduğunu bildirən komissiya sədri deyib ki, MM-in müzakirəsinə təqdim olunan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə süni mayalanma, suraqat ana (embrionun başqa bədəndə inkişaf etdirilməsi) ilə bağlı maddələr salınıb: “Hazırda abortlar, qadınlarda xərçəng və başqa xəstəliklər geniş yayılıb. Bu qanun layihəsi həddən artıq ciddi müzakirələrə səbəb olacaq. Ancaq biz hissə qapılıb ölkə üçün vacib olan məsələlərin həllindən qaçmamalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR