Bank Of Baku

Xocalı faciəsi ilə bağlı ictimai mühakimə keçiriləcək

Xocalı faciəsi ilə bağlı ictimai mühakimə keçiriləcək
# 27 fevral 2009 13:57 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Xocalı soyqırımı ilə bağlı ictimai mühakimə keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladze məlumat verib. İctimai mühakimə Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “İctimai tribunal” layihəsi çərçivəsində Azərbaycan Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzi, Azərbaycan Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi ilə birgə keçiriləcək. Məhkəmə iclası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməsinin binasında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR