Bank Of Baku

Azərbaycanlı tələbələrə Mendeleyev təqaüdü təqdim olunub

Azərbaycanlı tələbələrə Mendeleyev təqaüdü təqdim olunub
# 27 fevral 2009 13:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bu gün Bakı Slavyan Universitetində Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının tələbələrinə Mendeleyev təqaüdlərin verilməsinə həsr olunmuş mərasim keçirilib. APA-nın məlumatına görə, 10 azərbaycanlı tələbəyə təqaüd Bakıda səfərdə olan Rusiya prezident administrasiyasının rəhbəri Sergey Narışkin tərəfindən təqdim olunub. Tədbirdə iştirak edən Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rus dilinin Azərbaycanın təhsil məkanında ciddi yer tutmaqda davam etdiyini deyib: “Bu gün Azərbaycanda 16 min tələbə rus dilində təhsil alır, tələbələrin 65 faizi, başqa sözlə 70 mindən çoxu rus dilini ayrıca fənn kimi öyrənir, 215 min şagird rus dilini xarici dil kimi öyrənir, 109 min şagird isə ümumiyyətlə rus dilində təhsil alır. Bütün bunlar bizim gələcək əməkdaşlığımız üçün möhkəm bazadır. Ramiz Mehdiyev aprelin 4-də Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 17 ilinin tamam olduğunu xatırladıb: “Bu əlaqələr çox uğurla inkişaf edir, və bu işdə humanitar əməkdaşlıq heçdə sonuncu rolu oynamır”. Sergey Narışkin öz çıxışında Azərbaycana rus dilinə və rus mədəniyyətinə böyük hörmət edildiyindən məmnunluğunu bildirib: “Rus dili və mədəniyyəti – Rusiyanın mülkiyyəti deyil, bu, bizim ümumi dəyərimizdi, MDB məkanında yaşayanların dəyəridir. Ölkələrimiz arasında humanitar əməkdaşlığın səviyyəsini biz yüksək qiymətləndiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR