Bank Of Baku

Martın ilk günlərində Azərbaycanın bəzi rayonlarında qar yağacaq

Martın ilk günlərində Azərbaycanın bəzi rayonlarında qar yağacaq
# 27 fevral 2009 13:59 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, fevralın 28-i, martın 1 və 2-də respublikanın bölgələrində hava dəyişkən buludlu olacaq, əsasən gecə və axşam saatlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq. Martın 1-2-də bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Bölgələrdə qərb küləyi əsəcək, martın 2-də arabir küləyin sürəti güclənəcək.

Fevralın 28-də rayonlarda havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, martın 1-2-də gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Fevralın 28-də Bakı və Abşeron yarımadasında axşama doğru yağış yağacaq, cənub küləyi şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Şimal küləyinin əsməsi ilə əlaqədar martın 1-2-də havanın temperaturu nisbətən düşəcək.

Martın 1-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacaq. Martın 2-də arabir yağış yağacaq, şimal-qərb küləyi əsəcək, arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR