Bank Of Baku

Azərbaycanın şimal-qərbində “quş qripi” ilə bağlı keçirilən monitorinq zamanı heç bir təhlükə mənbəyi aşkarlanmayıb

Azərbaycanın şimal-qərbində “quş qripi” ilə bağlı keçirilən monitorinq zamanı heç bir təhlükə mənbəyi aşkarlanmayıb
# 27 fevral 2009 14:02 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov. APA. Ölkənin şimal-qərbində “quş qripi” ilə heç bir təhlükə yoxdur. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəhbəri Zakir Əliyev məlumat verib. Onun sözlərinə görə, fevralın 24-ü Zaqatala Baytarlıq İdarəsinin, Zaqatala Gigiyena Epidemiologiya Stansiyasının və 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları birgə Alazan (Qanıx) çayının sol sahili kəndlərinin (Qandax, Faldar, Muğanlı, Kəpənəkçi) ərazisində olan su hövzələrində və sahil boyu ərazilərdə quş qripi ilə əlaqədar monitorinq keçirib. Monitorinq zamanı ölü quşlara rast gəlinməyib. Z. Əliyev fevral ayı ərzində Balakən, Qax, Şəki və Oğuz rayonlarında da şübhəli ərazilərə baxış aparıldığını bildirib. Sözü gedən ərazilərdə də “quş qripi” ilə əlaqədar heç bir fakt aşkar olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR