Bank Of Baku

Hacıkənd meşələrinin qırılmasına görə 40 nəfər inzibati qaydada cəzalandırılıb

Hacıkənd meşələrinin qırılmasına görə 40 nəfər inzibati qaydada cəzalandırılıb
# 27 fevral 2009 14:04 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Hacıkənd meşələrində ağaclar kütləvi şəkildə qırılır. Ağacların qanunsuz kəsilməsi nəticəsində meşələrdə açıq talalar yaranıb.
Bu barədə APA-nın qərb bürosuna Hacıkənd sakinləri bildirib. Hacıkənd sakin Qoşun Nəsibov APA-nın əməkdaşına bildirib ki, meşələrin qırılması onlarla bulağın quruması ilə nəticələnib.
Göygöl rayon Meşə Mühafizə İdarəsinin rəisi İqbal Əliyev APA-ya bildirib ki, bu neqativ halların qarşısını almaq üçün 40 nəfərə inzibati cərimələr tətbiq edilib: “Son 2 ayda isə 3 qanun pozuntusu olub. Bu faktların ikisi araşdırılmaq üçün Göygöl rayon Prokurorluğuna, biri isə Göygöl rayon Məhkəməsinə göndərilib. Hacıkənd meşə zolağını qorumaq üçün 24 gözətçi təyin edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR