Bank Of Baku

Ötən il Lənkəranda müxtəlif adda 143 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Ötən il Lənkəranda müxtəlif adda 143 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
# 28 fevral 2009 07:42 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ilə əlaqədar müşavirə keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, yerli icra strukturları, bələdiyyə qurumları və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Lənkəran ŞİH başçısı yanında fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının sədri İlkin Rəhimov geniş məruzə ilə çıxış edib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin rəisi Füzuli Şıxəliyev çıxışında 2008-ci ildə keçirilən əməliyyat tədbirləri nəticəsində 63 cinayət faktının aşkarlandığını və müxtəlif adda 143 kiloqram narkotik vasitənin müsadirə olunaraq dövriyyədən çıxarıldığını deyib.

Lənkəran Şəhər Narkoloji Dispanserinin baş həkimi Vüqar Əliyev isə rəhbəri olduğu xəstəxanada 1123 narkomaniyadan əziyyət çəkən şəxsin qeydiyyatda olduğunu, amma bu rəqəmin heç də reallığı əks etdirmədiyini bildirib. Digər natiqlər də çıxışlarında narkotik maddələrin əksər aludəçilərinin statistikadan yayındığını deyiblər.

Müşavirədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Araz Əliquliyev və həmin qurumun baş məsləhətçisi Vasif Quliyev də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR