Bank Of Baku

Gənclər və İdman Nazirliyi fəxri adların, döş nişanlarının yeni eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi fəxri adların, döş nişanlarının yeni eskizlərinin hazırlanması ilə bağlı müsabiqə elan edib
# 02 mart 2009 08:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyinin (GİN) kollegiyasının qərarı ilə fəxri adların, döş nişanlarının yeni eskizlərinin hazırlanması ilə bağlı müsabiqəyə start verilib. GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi” , “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının əməkdar idman ustası”, “Azərbaycan Respublikasının idman ustası”, “Respublika dərəcəli hakim” döş nişanlarının eskizinin hazırlanması ilə bağlı keçirilən müsabiqənin məqsədi nazirlik tərəfindən verilən fəxri adların və döş nişanlarının müasir tələblərə cavab verməsi, milli dəyərlərlə zəngin olmasıdır. Müsabiqədə fiziki və hüquqi şəxslər iştirak edə bilər. Qaliblər GİN tərəfindən müxtəlif pul mükafatları ilə təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR