Bank Of Baku

Ötən il Azərbaycanda 89,6 min yeni daimi iş yeri açılıb

Ötən il Azərbaycanda 89,6 min yeni daimi iş yeri açılıb
# 02 mart 2009 09:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 89 557 yeni daimi iş yeri açılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) icrası nəticəsində ölkədə 2003-cü ilin oktyabrın 1-dən 2009-cu ilin yanvarın 1-dək ümumilikdə 766 277, o cümlədən 547 573 daimi iş yeri yaradılıb. Ötən il ərzində isə açılmış 122 924 yeni iş yerlərinin 89 557-si daimi iş yerləri olub.
Yaradılmış yeni iş yerlərinin 80%-i regionlarda, o cümlədən 22,1%-i Aran, 12,7%-i Gəncə-Qazax, 9,4%-i Lənkəran, 6,4%-i Abşeron, 5,7%-i Quba-Xaçmaz, 5,3%-i Şəki-Zaqatala, 4,8%-i Naxçıvan iqtisadi rayonlarında açılıb.
Yeni iş yerlərinin 86,1%-i qeyri-dövlət, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılıb, daimi iş yerlərinin 11,1%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, 9%-i tikinti, 8,6%-i emal sənayesi, 8,4%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məhsullarının və şəxsi istifadə əşyalarının təmiri, 2,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehsalçılara xidmət göstərilməsi, 1,5%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR