Bank Of Baku

Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının sosial sığorta hüquqlarının tanınması üçün işlər intensivləşdiriləcək

Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının sosial sığorta hüquqlarının tanınması üçün işlər intensivləşdiriləcək
# 02 mart 2009 11:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması tədbirləri daha da intensivləşdiriləcək. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev APA-ya bildirib ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2015-ci illər) əsasında müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə aktiv iş aparılacaq. Bilavasitə sosial hüquqların təmin olunmasına yönəldilən beynəlxalq saziş layihələri isə Rusiya, Belarus və İsrail ilə qarşılıqlı müzakirələr səviyyəsindədir. Qarşıdakı 6 il ərzində Dövlət Proqramına uyğun olaraq, xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının sosial hüquqlarının təmin olunması üçün işlər gücləndiriləcək və bir sıra ölkə ilə beynəlxalq müqavilələr imzalanacaq.
E.Babayev qeyd edib ki, indiyə qədər DSMF tərəfindən bu istiqamətdə mühüm addımlar atılıb. Göstərilən sahədə ayrı-ayrı ölkələrlə ikitərəfli sazişlərin bağlanması və icrası tərəflərin sosial-sığorta və pensiya sistemlərinin bir-birinə uyğunluğundan bilavasitə asılıdır. Bu baxımdan 2006-cı ildən etibarən Azərbaycanda beynəlxalq standartlara uyğun fərdi uçota əsaslanan əmək pensiyaları sisteminin qurulması göstərilən sahədə əməkdaşlığın qarşılıqlı predmetini formalaşdırıb. Eləcə də vətəndaşların əmək fəaliyyəti dövründə müxtəlif dövlətlərin ərazisində qazanmış olduqları pensiya hüquqlarının tanınması və pensiya təyinatında nəzərə alınması prinsiplərini tənzimləyəcək ikitərəfli sazişlərin bağlanması üçün ilk növbədə ayrı-ayrı ölkələrin sığorta-pensiya qurumları ilə əməkdaşlığın inkişafı və sistemlərin qarşılıqlı öyrənilməsi zəruriliyi nəzərə alınaraq, Fondun birbaşa və Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) çərçivəsində əməkdaşlığı daha da genişləndirilib. Xüsusilə Səudiyyə Ərəbistanı, Türkiyə, Almaniya, Rusiya, Belarus, Ukrayna, Moldova, İran, Polşa, Litva, Latviya, İsrail və digər dövlətlərin sığorta-pensiya qurumları ilə bu istiqamətdə ikitərəfli əməkdaşlıq daha da inkişaf etdirilib, müvafiq olaraq qarşılıqlı əməkdaşlığı tənzimləyən sazişlər bağlanıb, nümayəndə heyətlərinin görüşləri təşkil olunub.
Xatırladaq ki, ölkə prezidenti Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramını (2009-2015-ci illər) ötən il dekabrın 30-da təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR