Bank Of Baku

Naxçıvan florasının «Qırmızı kitab»ı nəşr olunacaq

Naxçıvan florasının «Qırmızı kitab»ı nəşr olunacaq
# 02 mart 2009 11:52 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikası (MR) florasının «Qırmızı kitab»ı nəşr olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tariyel Talıbovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yeni nəşrin hazırlanması prosesi yekunlaşmaq üzrədir. İndiyədək kitaba muxtar respublikada yetişən 197 nadir bitki növü daxil edilib. Nəşrdə ali bitkilərin nadir növlərinin adları ilə yanaşı, onların yayılma arealı, təsnifatı və bu kimi məlumatlar yer alacaq. Kitabda hər bir nadir bitkinin region xəritəsi üzrə yayılma sahəsi, habelə onların təbiətdə çəkilmiş rəngli fotoşəkilləri öz əksini tapacaq.
T. Talıbov onu da bildirib ki, əvvəllər ölkə üzrə nəşr edilmiş «Qırmızı kitab»da qeyd olunan bəzi bitkilərin adı nadir bitkilər siyahısından çıxarılacaq. Belə bitkilər haqqında məlumatlar sözügedən nəşrdə yox olmaq təhlükəsinin olmadığını bildirən yaşıl səhifələrdə qeyd olunacaq.
Onun sözlərinə görə, Naxçıvan MR-də ali bitkilərin 2 min 835 növü məlumdur. Onlardan 60-a qədəri sırf bölgədə rast gəlinən endemik bitkilərdir.
Qeyd edək ki, 2007-ci ildə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu tərəfindən nəsli kəsilmək təhlükəsi altında olan onurğalı heyvanların 71 növü haqqında məlumatları özündə əks etdirən muxtar respublika faunasının «Qırmızı kitab»ı çapdan çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR