Bank Of Baku

Azərbaycan «Sosial müdafiənin inkişafı Layihəsi»nin icrasına bu ay başlayacaq

Azərbaycan «Sosial müdafiənin inkişafı Layihəsi»nin icrasına bu ay başlayacaq
# 02 mart 2009 11:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankı (DB) ilə imzalanan «Sosial müdafiənin inkişafı Layihəsi»nin praktiki icrasına martın ikinci yarısından başlamağı nəzərdə tutur.
Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, layihənin qüvvəyə minməsi ilə bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə geniş tərkibli seminarın keçirilməsi və ilkin fəaliyyət planının hazırlanması məqsədi ilə aprelin ortalarında DB-nın nümayəndələri Azərbaycana gələcək. İlkin fəaliyyət planı 2009-2010-cu illəri əhatə edəcək. Saziş çərçivəsində ilkin olaraq, əmək bazarı ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Ümumilikdə, layihə çərçivəsində əmək bazarı institutları modernləşdiriləcək, milli məşğulluq xidmətləri inkişaf etdiriləcək, sosial təminat sistemi və siyasəti formalaşdırılacaq, proqramlar hazırlanacaq. Bununla yanaşı, Əmək Məcəlləsi təkmilləşdiriləcək, vahid sosial yardımın göstərilməsi təmin ediləcək, sosial xidmətlər üzrə müasir standartlar hazırlanacaq və tətbiq olunacaq, ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək, elektron əsaslı müraciət mexanizmi yaradılacaq, əlillik meyarları yenidən hazırlanacaq.
DB-nın Direktorlar Şurasının ötən il mayın 27-də təsdiqlədiyi və noyabr ayının 28-də Bakı şəhərində imzalanan layihə 2008-2013-cü illəri əhatə edir. Ümumi dəyəri 54,6 mln. ABŞ dolları olan layihədə DB-nın payı 26,7 mln. dollar, Azərbaycan hökumətinin payı 27,9 mln. dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR