Bank Of Baku

Azərbaycanda 11 min hektar sahədə meşə bərpası tədbirləri aparılıb

Azərbaycanda 11 min hektar sahədə meşə bərpası tədbirləri aparılıb
# 02 mart 2009 12:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın meşə təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 104 min manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı»na uyğun olaraq, meşələrin seyrəkləşməsinin, torpaqların eroziyasının, meşə massivlərinin azalmasının və təbii biosenozların yoxa çıxması təhlükəsinin yaranmasının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşəçilik təsərrüfatları tərəfindən dövlət əhəmiyyətli meşələrdə 2008-ci ildə 10 920 ha sahədə meşə bərpası tədbirləri aparılıb, 179,8 ton iynə və enliyarpaqlı ağac və kol cinslərinin toxumlarının tədarük edilib. Tədarük edilmiş toxumların 72,7%-i palıd toxumu, 11,9%-i qozmeyvəli ağacların toxumu, 14,8%-i digər enliyarpaqlı ağac və kol cinslərinin toxumları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR