Bank Of Baku

Azərbaycan paytaxtında hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Azərbaycan paytaxtında hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq
# 02 mart 2009 13:45 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, martın 3-də Bakı və Abşeron yarımadasında havanın buludlu, axşam yağıntılı olacağı ehtimalı var. Cənubi-qərb küləyi gündüz saniyədə 10-15 m/saniyə sürətlə əsən şimal-qərb küləyinə keçəcək. Axşama doğru küləyin sürəti 18-20 m/san.-dək güclənəcək. Martın 3-də gecə havanın temperaturu 3-6, gündüz 8-11, martın 4-də gecə 3-5, gündüz 8-11, martın 5-də gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 3-də bəzi rayonlarda yağış, dağlıq və dağətəyi rayonlarda isə su qar və qar yağacaq. Qərb küləyi 5-10 m/san sürətlə əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Martın 4 və 5-də rayonlarda arabir yağış yağacaq, bəzi dağlıq və dağətəyi rayonlara isə sulu qar və qar yağacağı gözlənilir.

Yaxın üç gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilməsə də, atmosfer təzyiqinin müəyyən tərəddüdləri, mülayim cənub küləyinin arabir güclənən şimal-küləyi ilə əvəzlənməsi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR