Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 4 bölgə mərkəzində zona müşavirəsi keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 4 bölgə mərkəzində zona müşavirəsi keçirəcək
# 02 mart 2009 15:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın daha 4 bölgə mərkəzində 2008-2009-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş növbəti zona müşavirələri keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, martın 5-də Gəncə və Lənkəranda zona müşavirələri olacaq. Gəncədə keçiriləcək müşavirədə Gəncə, Mingəçevir şəhərləri, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Kəlbəcər, Kürdəmir, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xanlar, Naftalan, Yevlax, Laçın rayonları, Lənkəranda keçiriləcək müşavirədə isə Lənkəran, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl, Xocavənd, Yardımlı rayonları üzrə elmi statistik nəticələr müzakirə ediləcək.
Martın 10-da Naxçıvanda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Şahbuz, Sədərək, Şərur rayonları, martın 12-də isə Şəkidə Şəki, Qax, Ağdaş, Ağsu, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Zaqatala, Zərdab rayonları üzrə ali məktəbə qəbul nəticələrini təhlil etmək məqsədilə müşavirə keçiriləcək. Zona müşavirələrində TQDK-nın rəhbərliyi, mütəxəssis və ekspertləri, şəhər və rayon təhsil şöbələrinin müdirləri, müvafiq rayonların qabaqcıl məktəblərinin direktorları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR