Bank Of Baku

Masallının Həsənli kəndində tut bağı layihəsinin təqdimatı olub

Masallının Həsənli kəndində tut bağı layihəsinin təqdimatı olub
# 03 mart 2009 10:24 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Martın 3-də Masallı rayonunun Həsənli kənində 3 hektarlıq tut bağının bərpası layihəsinin təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi və “CHF İnternational” təşkilatının icra etdiyi İcma İnkişaf Proqramı çərçivəsində gerçəkləşən bu layihənin açılış mərasimində bildirilib ki, 1948-ci ildə salınan və uzun müddət baxımsız vəziyyətdə olan tut bağının bərpasına 29 min ABŞ dolları miqdarında vəsait xərclənib. Belə ki, Həsənli kəndinin 1700 nəfər sakininin istirahəti üçün 4 min tut ağacı olan bağda daha 1000 ədəd tut tingi və 700 ədəd bəzək ağacı əkilib, 700 metrlik ərazi hasarlanıb.
Mərasimdə çıxış edən “CHF İnternational” təşkilatının ölkə üzrə direktoru Zoran Radiç təmsil etdiyi qurum tərəfindən Azərbaycanın iqtisadiyyatının inkişafı və sosial tərəqqisi naminə tətbiq olunan layihələr haqqında ətraflı məlumat verərək, bundan sonra da yerli icmalarla əlaqələrin davam etdiriləcəyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR