Bank Of Baku

BMT baş katibi: “Bəzi ölkələrdə hər üç qadından biri zorakılığa məruz qalır”

BMT baş katibi: “Bəzi ölkələrdə hər üç qadından biri zorakılığa məruz qalır”
# 03 mart 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə üzv ölkələrə müraciət göndərib. BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bir il əvvəl dünya xalqlarını və hökumətlərini qadınlara və qızlara qarşı zorakılığa son qoymağa çağırdığını xatırladan baş katib qeyd edib ki, bu kampaniya 2015-ci ilə qədər - Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq üçün qoyulmuş zaman çərçivəsi bitənədək davam edəcək: “Biz artıq adi hal almış, sosial həyata köklü şəkildə daxil olmuş və insanların həyatlarını zəhərləyən, sağlamlıqlarını korlayan, yoxsulluğun ömrünü uzadan, qadın hüquqlarının bərabərliyi və səlahiyyətlərinin artırılmasında bizim üçün məhdudiyyətlər yaradan zorakılığa son qoymalıyıq. Qadınlara qarşı zorakılıq həmçinin HIV/AIDS xəstəliyinin yayılması ilə də əlaqədardır. Bəzi ölkələrdə üç qadından biri döyülür, cinsi zorakılığa və ya başqa bir formada zorakılığa məruz qalır. Bundan başqa, müharibə şəraitində qadınlar və qızlar mütəmadi olaraq zorlanma və cinsi zorakılığa məruz qalırlar”.

Müraciətdə daha sonra deyilir: “Qadınların səlahiyyətlərinin artırılmasını dəstəkləyən iqtisadi və siyasi qanunlara, azad həyatı təşviq edən proqram və büdcələrə, mediada qadınların layiqli əks olunmasına ehtiyacımız var. Nəhayət, zorakılığın cinayət olduğunu təsdiqləyən, cinayətkarları cavabdehliyə cəlb edən qanunlara ehtiyacımız var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR