Bank Of Baku

“Gözdən əlillərin iqtisadi hüquqlarının təmin olunması” layihəsinin icrası ilə bağlı tədbir keçirilib

“Gözdən əlillərin iqtisadi hüquqlarının təmin olunması” layihəsinin icrası ilə bağlı tədbir keçirilib
# 03 mart 2009 11:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Gözdən Əlillər Cəmiyyəti “Gözdən əlillərin iqtisadi hüquqlarının təmin olunması” layihəsinin icrası ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, cəmiyyətin sədri Səmyar Abdullayev layihəni Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitə İstehsalat Birliyi və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin dəstəyi ilə həyata keçirdiklərini deyib. O, layihə çərçivəsində “Rabitəçi” Peşə Reabilitasiya Məktəbinin yaradıldığını, təhsil müddətinin 1 il 6 ay olduğunu, dərslərin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimləri tərəfindən aparılacağını söyləyib. Cəmiyyətin sədr müavini Bəybala İbadullayev isə kompüter bacarıqlarına yiyələnmək üçün gözdən əlil tələbələr xüsusi səsli JAWS proqramının türk versiyasından istifadə edəcəklərini açıqlayıb: “Layihənin məqsədi gözdən əlilləri rabitəçi peşəsinə yiyələndirmək və məşğulluq problemlərini həll etməklə onların rabitə sektoruna inteqrasiya etməsinə şərait yaratmaqdan ibarətdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR