Bank Of Baku

Avropa İttifaqı Azərbaycanda gələn ildən yeni sosial layihənin icrasına başlayacaq

Avropa İttifaqı Azərbaycanda gələn ildən yeni sosial layihənin icrasına başlayacaq
# 03 mart 2009 11:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) Avropa İttifaqının (Aİ) “Avropa Qonşuluq Siyasəti” proqramı çərçivəsində yeni layihə həyata keçirməyi planlaşdırır. Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, yeni layihə sosial yönümlü layihələrin qiymətləndirilməsini, proqnozlaşdırılmasını, sosial müavinət, sosial yardım üzrə müavinətlərin proqnozlaşdırılmasını nəzərdə tutur. Layihənin icrası nəticəsində sosial yönümlü layihələrin qiymətləndirilməsi, onların icra edilməsi ilə bağlı monitorinq aparmaq mümkün olacaq. Layihə çərçivəsində Aİ ölkələrinin bu sahədəki təcrübəsi araşdırılacaq.
Artıq layihə Aİ tərəfindən təsdiqlənib. Hazırda layihənin texniki tapşırığı hazırlanır. Aİ tərəfindən maliyyələşdiriləcək layihənin icrasına 2010-cu ilin ortalarından başlanacaq. Layihə təxminən 2 ili əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR