Bank Of Baku

Zərdab kəndlərində yeni sutəmizləyici qurğuların açılış mərasimi keçirilib

Zərdab kəndlərində yeni sutəmizləyici qurğuların açılış mərasimi keçirilib
# 03 mart 2009 13:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Zərdab rayonunun Məlikli, Gödəkqobu və Yuxarı Seyidlər kəndlərində Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan müasir texnologiyalı sutəmizləyici qurğuların açılış mərasimi keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gün ərzində 30 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Məlikli kəndinin 1805 nəfər əhalisi 14 bulaq, gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Gödəkqobu kəndinin 1345 nəfər əhalisi 10 bulaq, gün ərzində 20 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Yuxarı Seyidlər kəndinin 760 nəfər əhalisi isə 8 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR