Bank Of Baku

Azərbaycan Dövlət Dillər Universitetində italyan dili mərkəzinin açılışı olub

Azərbaycan Dövlət Dillər Universitetində italyan dili mərkəzinin açılışı olub
# 03 mart 2009 13:52 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bu gün Azərbaycan Dövlət Dillər Universitetində italyan dili mərkəzinin açılışı olub. APA-nın məlumatına görə, açılış mərasiminə İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Mantika, İtaliyanın Azərbaycandakı səfiri Jan Luici Maşa, universitetin rektoru Səməd Seyidov qatılıblar. Açılış mərasimində çıxış edən Alfredo Mantika bu tədbirdə iştirakdan məmnunluğunu dilə gətirib: “Ümidvaram ki, bu mərkəzin köməyi ilə tələbələr italyan xalqının tarix və mədəniyyətinə daha yaxından bələd olacaqlar”. Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universitetində həmçinin Jorj Sand adına fransız dili mərkəzi, Amerika mərkəzi, Britaniya mərkəzi və Skandinaviya dillər mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR