Bank Of Baku

Məleykə Abbaszadə: “İndiyədək imtahan nəticəsi ləğv olunan heç bir abituriyent başqasından köçürmədiyini sübuta yetirə bilməyib”

Məleykə Abbaszadə: “İndiyədək imtahan nəticəsi ləğv olunan heç bir abituriyent başqasından köçürmədiyini sübuta yetirə bilməyib”
# 03 mart 2009 15:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Qəbul imtahanlarında nəzarətin gücləndirilməsi üçün müxtəlif tədbirlər görülür. Amma hər il konkret hansı addımların atıldığını heç vaxt açıqlamırıq. Çünki biz informasiyanı nə qədər yeni üsullarla qorusaq da, gələn il onu dəyişdiririk. Buna görə də informasiyanın qorunması üsulu yalnız bir il işləyir. Gələn il isə yeni üsullar tətbiq etmək lazım gəlir”. APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Nəzarətin gücləndirilməsi məqsədilə imtahan zallarında kameraların quraşdırılması məsələsinə toxunan TQDK sədri bunun tətbiqinə xeyli maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb. O bildirib ki, hər il ali məktəblərə 100-120 min abituriyent imtahan verir və imtahanlar müxtəlif rayonlarda keçirilir: “İmtahan otaqları bizə məxsus deyil, kameraların quraşdırılması üçün həmin otaqlarda əvvəlcədən müəyyən işlər aparmaq lazımdır. Kamera quraşdırılsa, gərək mütləq imtahan prosesi zamanı o qədər də operator, nəzarətçi həmin kameraları müşahidə etsin və lazım olan anda müdaxilə etsin. Kamera olsa da, olmasa da hər imtahan zalında nəyin baş verdiyi bizə əla məlumdur. Kim kimdən köçürüb, kim köçürməyib, zalda hansı vəziyyət yaranıb – nəticələr yoxlanılarkən biz xüsusi riyazi üsullarla bu mənzərəni özümüz üçün aydın edirik. Bunun əsasında da köçürən abituriyentlərin imtahan nəticələrini ləğv edirik. İndiyədək imtahan nəticəsi ləğv olunan heç bir abituriyent imtahanda köçürmədiyini sübuta yetirə bilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR