Bank Of Baku

Martın 29-dan Türkiyənin ali məktəblərinə sənəd qəbulu başlayacaq

Martın 29-dan Türkiyənin ali məktəblərinə sənəd qəbulu başlayacaq
# 03 mart 2009 16:29 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dövlətlərarası müqavilə əsasında 2009-2010-cu tədris ili üçün Türkiyə universitetlərinə tələbə qəbulu elan edir. TQDK-dan APA-ya verilən məlumata görə, ərizələrin qəbulu martın 29-dan aprelin 11-dək Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran və Şəki şəhərlərində aparılacaq. Qəbul imtahanlarında iştirak üçün hazırda 11-ci sinifdə oxuyan, bu il yanvarın 1-dək yaşı 24-ə çatmamış və orta məktəbi bitirmiş fiziki və əqli cəhətdən sağlam Azərbaycan vətəndaşları ərizə verə bilər. Bu il Azərbaycan gəncləri üçün Türkiyənin 12 nüfuzlu universitetində 20 ixtisas üzrə 48 yer ayrılıb. Qəbul imtahanı aprelin 19-da test üsulu ilə keçiriləcək. Abituriyentlər qəbul imtahanını Azərbaycan və rus dillərində verə bilər. 90 dəqiqə davam edəcək imtahanda abituriyentlərə 100 test tapşırığı təqdim ediləcək. Türkiyə türkcəsində imtahan verən abituriyentlərə əlavə 60 dəqiqə vaxt ayrılacaq. Müsabiqə Türkiyənin Öyrənci Seçmə və Yerləşdirmə Mərkəzi (ÖSYM) tərəfindən aparılacaq. Türkiyə universitetlərinə daxil olanlar 2009-2010-cu tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilən qəbul imtahanlarının müsabiqəsində iştirak etmək hüququnu itirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR