Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsinə qəbulla bağlı yeni layihə hazırlanıb

Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsinə qəbulla bağlı yeni layihə hazırlanıb
# 03 mart 2009 16:49 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Diplomatik Akademiyasının magistr pilləsinə qəbulun şərtlərini müəyyənləşdirmək üçün sabah bu ali təhsil müəssisəsi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndələri arasında müzakirələr aparılacaq. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu məktəbin magistr pilləsinə qəbulun şərtləri ilə bağlı yekun qərar həmin danışıqların nəticəsindən asılı olaraq müəyyənləşəcək: “Onlar bununla bağlı layihə hazırlayıblar. Biz həmin layihə ilə bağlı hələ sabah tanış olacağıq. Ona görə də Azərbaycan Diplomatik Akademiyasına qəbul qaydaları barədə indi heç nə deyə bilmərəm”.

M. Abbaszadənin sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyasında təhsil almaq istəyənlər mütləq xarici dilləri yüksək səviyyədə bilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR