Bank Of Baku

Azərbaycan əhalisinin 50,6%-ni qadınlar təşkil edir

Azərbaycan əhalisinin 50,6%-ni qadınlar təşkil edir
# 04 mart 2009 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının əvvəlinə Azərbaycan əhalisinin ümumi sayının 50,6%-ni və ya 4,424 mln. nəfərini qadınlar təşkil edib və onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qadınların 50,6%-i nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla 2 uşaq doğub. Ötən il doğulmuş 152 min körpənin 46%-ni qızlar təşkil edib.
Qız uşaqlarına verilmiş adlar arasında ən çox Fatimə adına rast gəlinir. Şəhər yerlərində Fatimə adından başqa daha çox verilən ad Fidan, kənd yerlərində isə Nərmin olub. Bu adlarla yanaşı, Aysu, Zəhra, Nuray, Nəzrin, Leyla və Zeynəb də geniş yayılmış adlardandır.
Bu gün qadınların gözlənilən ömür uzunluğu 75,1 yaş təşkil edərək kişilərdən 5,4 yaş yüksəkdir.
«Qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışır və onların məşğul əhalinin ümumi sayında payı 49,5%-dir. Ümumtəhsil məktəblərində müəllimlərin 73%-i, orta ixtisas məktəblərində 74%-i, ali məktəblərdə 46%-i, həkimlərin isə 62%-i qadınlardır. Qadınların təhsil səviyyəsi də ildən ilə artır, 15 yaşından yuxarı olan hər 1 000 qadından 745-i ali və tam orta təhsilə malikdir. Ümumtəhsil məktəbləri şagirdlərinin 47%-i, orta ixtisas məktəblərinin 69%-i, ali məktəblərinin isə təxminən yarısı qızlardan ibarətdir», - deyə Komitədən bildirilib.
Milli Məclisdə qadın millət vəkillərinin xüsusi çəkisi artır və əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 11,2%-dir. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 29%, sahibkarlar arasında isə 15%-dir. İdman seksiyalarında məşğul olanların 21%-i qadınlardır. Hazırda ölkədəki hər beş ev təsərrüfatlarının birinə qadınlar başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR