Bank Of Baku

Azərbaycanda ilk dəfə Beynəlxalq Ailə Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Beynəlxalq Ailə Festivalı keçiriləcək
# 04 mart 2009 09:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu il oktyabrın 13-dən 15-nə kimi Azərbaycanda ilk dəfə gələcək analar, uşaqlar və onların valideynləri üçün məhsul və xidmətlər üzrə “BabyTime” – Analıq və uşaqlıq dövrü” adlı 1-ci Bakı Beynəlxalq Ailə Festivalı keçiriləcək. Festivalın təşkilatçısı “İTECA Caspian” şirkətindən APA-ya verilən məlumata görə, “BabyTime” – Analıq və uşaqlıq dövrü” festivalı regionda gələcək valideynlər və məktəb yaşına qədər uşaqları olan gənc valideynlər üçün mal və xidmətlər üzrə yeganə beynəlxalq miqyaslı tədbirdir. “BabyTime” – Analıq və uşaqlıq dövrü” festivalının əsas məqsədi Azərbaycanda “Uşaq ili” layihəsini təşviq etməkdir. Festival istehlakçının Azərbaycan bazarına yenicə çıxarılan ticarət markaları ilə tanışlığına şərait yaradacaq, uşaqlar üçün mal və xidmətlərin aparıcı beynəlxalq istehsalçıları və distribütorları ilə görüşməyə, bazarda mövcud vəziyyəti öyrənməyə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR