Bank Of Baku

Azərbaycan Həkimlər Assosiasiyası sürücülərə müraciət edib

Azərbaycan Həkimlər Assosiasiyası sürücülərə müraciət edib
# 04 mart 2009 13:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Həkimlər Assosiasiyası (AHA) təcili yardım maşınlarının paytaxt ərazisində rahat hərəkətinə mane olan tıxac probleminin qarşısını almaq üçün Bakı sürücülərinə müraciət edib. Assosiasiyadan APA-ya daxil olan müraciətdə qeyd olunub ki, Bakı şəhərinin bir sıra küçələrində yaranmış nəqliyyat sıxlığı və tıxaclar təcili yardım xidmətinin qısa müddət ərzində xidmət yerinə çatmasını yubadır: “Tıxac problemləri olan Nyu-York, Paris, Varşava kimi şəhərlərdə təcili yardım, fövqəladə və digər operativ xidmətlərin maşınlarının həyəcan siqnalı eşidilən kimi mütləq qaydada orta xətt boyu ilə yol (zolaq) boşaldılır. Tibbi və ya texniki yardıma tələsən maşınlar “Həyat zolağı” ilə maneəsiz olaraq yüksək sürətlə hərəkət edirlər. Beləliklə də insanların həyatının xilasında , fəlakətlərin nəticələrinin aradan qaldırılmasında sürücülər yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirirlər”.
AHA sürücüləri təcili yardım maşınının həyəcan siqnalını eşidərkən yol verməyə çağırıb: “Dövlət Yol Polisi əhali arasında yol hərəkətinin təhlükəsizliyi barədə təbliğat kampaniyası həyata keçirir. Amma “Həyat zolağı “adı altında təbliğat kampaniyasının və məqsədyönlü kompleks tədbirlərin həyata keçirilməsinə, qanunvericilik aktlarında müvafiq tələblərin irəli sürülməsinə də böyük ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR