Bank Of Baku

Yardımlıda yeni xəstəxananın açılışı olub

Yardımlıda yeni xəstəxananın açılışı olub
# 05 mart 2009 08:58 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev-APA. Yardımlı Mərkəzi Rayon Xəstəxanası (MRX) əsaslı təmirdən sonra istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi və yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı respublikanın səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib. Çıxışlarda bildirilib ki, 2 korpusdan ibarət olan 165 çarpayılıq bu tibb müəssisəsinin bütün şöbələri tamamilə yenidən qurulub. Burada əlavə olaraq intensiv terapiya, anesteziologiya və reanimasiya şöbələri yaradılıb. Bina istilik və yanğından mühafizə sistemi ilə təmin olunub. Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya ən müasir avadanlıqlar, mebel və digər lazımı ləvazimatlar verilib. Görülən işlərə ümumilikdə dövlət tərəfindən 1 milyon 100 min manat vəsait xərclənib. Səhiyyə naziri Oqtay Şirəliyev çıxışında son illər ölkə səhiyyəsinin uğurlardan, paytaxtda və bölgələrdə yeni tibb ocaqlarının tikilib istifadəyə verilməsindən və bu sahədə tədbirlərin bundan sonra davam etdiriləcəyindən söz açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR