Bank Of Baku

Sabirabadın üç kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib

Sabirabadın üç kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib
# 05 mart 2009 13:39 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sabirabadın Həşimxanlı, Quruzma və Şəhriyar kəndlərində Cənubi Koreyanın “Hyundai” şirkətinin istehsalı olan “osmos” texnologiyalı modul tipli sutəmizləyici qurğuların açılış mərasimini keçirib. APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da iştirak edib. Nazir bildirib ki, gün ərzində 50 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Həşimxanlı kəndinin 2380 nəfər əhalisi 15 bulaq, 40 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Quruzma kəndinin 2000 nəfər əhalisi 15 bulaq, 50 kubmetr su təmizləmə gücünə malik modul tipli qurğunun fəaliyyəti nəticəsində Şəhriyar kəndinin 2600 nəfər əhalisi 11 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. H. Bağırov bu qurğularda təmizlənən suyun mağazalarda satılan sulardan daha keyfiyyətli olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR