Bank Of Baku

Gənc tədqiqatçıların XII elmi konfransı keçirilir

Gənc tədqiqatçıların XII elmi konfransı keçirilir
# 06 mart 2009 08:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Gənc tədqiqatçıların XII elmi konfransı keçirilir. APA-nın məlumatına görə, konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycanda elm, təhsil inkişaf etsə də, bu inkişafın səviyyəsi ölkə ictimaiyyətini və rəhbərliyini qane etmir. Nazir bu məsələ ilə bağlı ona dəfələrlə irad tutulduğunu da söyləyib. M. Mərdanov gəncləri öz bilik və bacarıqlarına uyğun haqlarını tələb etməyə çağırıb. Nazir gəncləri əmin edib ki, onlar mübarizə aparsalar, haqq öz yerini tutacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə qeyd edib ki, Azərbaycan elminin inkişafında çox ciddi nəticələr əldə edilib. O, hətta son beş ildə bu sahədə əldə edilmiş nəticələri 15 illik nəticələrlə eyni səviyyədə qəbul edib: “Amma problemləri də qəbul etmək lazımdır. Bu gün etiraf etmək lazımdır ki, elmi-tədqiqat aparanların yaş tərkibinə baxanda Azərbaycan elminin qocaldığını görmək olur. Elmdə yaşlı nəsil tövsiyələr verməli, əsas tədqiqatları isə gənclər aparmalıdır. Əminəm ki, bugünkü konfransda aparılan diskussiyalar bu məqsədə xidmət edəcək”.
Ş. Hacıyev konfransda səslənən ən yaxşı məruzələrin qiymətləndirilməsini də təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR