Bank Of Baku

Azərbaycanda mart ayı üzrə pensiyalar Novruz bayramınadək ayrılacaq

Azərbaycanda mart ayı üzrə pensiyalar Novruz bayramınadək ayrılacaq
# 06 mart 2009 10:57 (UTC +04:00)
APA-nın məlumatına görə, S.Müslümov bildirib ki, 2008-ci ildə DSMF-nın gəlirləri 1 395,9 mln. manat olub ki, bu da 2007-ci ilə nisbətən 44,2% çoxdur. Ötən il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2007-ci ilə nisbətən 39,4% artaraq 958,6 mln. manata çatıb. Qeyri-büdcə təşkilatlarının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği isə əvvəlki ilə nisbətən 37,9% artıb. S.Müslümovun sözlərinə görə, 2008-ci ildə DSMF-nın xərcləri 1 392 mln. manat təşkil edib. Həmin müddət ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 339 mln. manat (96,2%-i) yönəldilib.
Fond sədri bildirib ki, bu ilin yanvar və fevral ayları üzrə pensiyaların maliyyələşdirilməsi artıq tam başa çatıb. Mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin isə Novruz bayramına qədər başa çatdırılması nəzərdə tutulur. S.Müslümovun sözlərinə görə, ölkə prezidentinin bu ilin fevralın 9-da imazaladığı «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» sərəncamı əsasında 2008-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, bu ilin yanvarın 1-dən bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin sığorta hissəsi 20,8% artırılıb. Bununla bağlı 547 min nəfərin əmək pensiyasının sığorta hissəsi indeksləşdirilib və bu artımdan sonra Azərbaycanda orta aylıq pensiyanın məbləği 99 manata çatıb.
Fond sədri onu da əlavə edib ki, Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB və Baltikyanı ölkələr arasında 4-cü yeri tutur. Bu siyahıda ilk yerdə Estoniya (minimum pensiyanın məbləği 170 ABŞ dolları), 2-ci yerdə Litva (136 dollar), 3-cü yerdə Qazaxıstan (101 dollar), 4-cü yerdə isə Azərbaycan (92,3 dollar) qərarlaşıb.
S.Müslümov Rusiyada pensiyanın məbləğinin Azərbaycandan yüksək olması barədə səslənən fikirləri də qəbul etməyib. O, həmin ölkədə kompensasiyalarla birlikdə minimum pensiyanın məbləğinin təxminən 60 dollar olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR