Bank Of Baku

TQDK Lənkəranda zona müşavirəsi keçirib

TQDK Lənkəranda zona müşavirəsi keçirib
# 06 mart 2009 12:17 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəranda zona müşavirəsi keçirib. APA-nın cənub bürosunun məlumatına görə, respublikanın 16 rayonunun təhsil şöbələrinin rəhbərlərinin, qabaqcıl məktəblərin direktorlarının və müəllimlərinin qatıldığı tədbirdə 2008-ci il üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının elmi-statistik təhlili aparılıb. Müşavirədə TQDK sədrinin müavini Namiq Babayev çıxış edərək ölkədə milli təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahənin beynəlxalq meyarlara uyğunlaşdırılması istiqamətində aparılan islahatlardan söz açıb. TQDK rəsmisi 2008-ci il üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının elmi-statistik təhlilini iştirakçıların nəzərinə çatdırıb. Onun sözlərinə görə, ötən il imtahanlarda iştirak edən 110 min 787 nəfər abituriyentdən 27 min 515 nəfəri müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olunub. Sözügedən rayonlar üzrə məzunlardan cəmi 23 faizi ali və orta ixtisas məktəblərinə sənəd verib. Bu fakt TQDK tərəfindən mənfi dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR