Bank Of Baku

Azərbaycanda «Əmək pensiyaları haqqında» qanuna dəyişikliklərlə bağlı aparılan işlər yekunlaşır

Azərbaycanda «Əmək pensiyaları haqqında» qanuna dəyişikliklərlə bağlı aparılan işlər yekunlaşır
# 06 mart 2009 12:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) «Əmək pensiyaları haqqında» qanuna dəyişikliklərin edilməsi istiqamətində müvafiq orqanlarla birgə apardığı işləri yekunlaşdırmaq üzrədir. APA-nın məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, hazırda qanunvericiliklə 2006-cı il yanvarın 1-dək pensiyaya çıxanlar üçün pensiya hesablamaları zamanı 2004-2005-ci illərin və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın əmək haqqı arayışı əsas götürülür. Bu isə pensiyaçılar arasında narazılığa səbəb olur. Buna görə də yeni dəyişikliklərdə 2006-cı il yanvarın 1-dək olan dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsi zamanı əmək haqqına istinadın aradan qaldırılması, hesablamaların vahid prinsiplə əmək stajı əsasında aparılması təklif edilir. «Bu məsələdə əmək stajına əsaslanmaq daha doğru olardı. Əmək stajına əsaslanan zaman əmək stajının hər bir ili üçün hansı məbləğin və yaxud həmin dövr üçün mövcud olan əmək pensiyalarının baza hissəsinin neçə faizinin götürülməsi müəyyən fikir ayrılığına səbəb olub. Hər il üçün həmin dövrün əmək pensiyasının baza hissəsinin 8%-i qədər vəsaitin hesablanması qərara alınıb. Təbii ki, bu vəsait sonradan həm 2006-cı, həm 2007-ci, həm də 2008-ci ilin inflyasiya səviyyəsi əsasında artırılacaq», - DSMF başçısı vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR