Bank Of Baku

BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri: “Cəbhə xəttinə yaxın yerlərdə qadınların həyatı risk altındadır”

BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri: “Cəbhə xəttinə yaxın yerlərdə qadınların həyatı risk altındadır”
# 06 mart 2009 16:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. "Münaqişədən zərər çəkmiş kəndlərdə cəbhə xəttinə yaxın yerləşən bulaqlardan su gətirənlər əsasən qadınlardır". APA-nın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısı Ton Vandenhov deyib. O bildirib ki, qadınların həyatı hər gün risk altındadır və su təchizatı sistemini bərpa etməklə BQXK dolayısı ilə onları müdafiə edir: “Bir çox bulaqların hərbi mövqelər arasında və ya cəbhə xəttinə çox yaxın yerləşməsi üzündən cəbhə xəttinə yaxın yerlərdə yaşayan əhalinin içməli sudan istifadə etməsinə müntəzəm olaraq əngəl törədilir. Qadınlar özlərinin və ailələrinin yaşayış ehtiyaclarının təmin edilməsini öz üzərlərinə götürürlər ki, bu da onlardan həddindən artıq vaxt və enerji tələb edir”.

T. Vandenhovun sözlərinə görə, BQXK 2008-ci ildən başlayaraq yerli hakimiyyət orqanları və icma üzvləri ilə əməkdaşlıq şəraitində iki su təchizatı layihəsi həyata keçirib. Bunlardan biri Azərbaycanın Ermənistanla sərhədinə yaxın ərazidə yerləşən Əyridərə kəndində, digəri isə Füzuli rayonunun cəbhə xəttinə yaxın yerləşən Şükürbəyli kəndində reallaşdırılıb. Ümumilikdə bu kəndlərin təxminən 1400 sakini su təchizatı sisteminin bərpası sayəsində içməli sudan istifadə imkanı əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR