Bank Of Baku

Gürcüstanın dövlət naziri Yulon Qaqoşidze Balakəndə yaşayan ingiloylarla görüşüb

Gürcüstanın dövlət naziri Yulon Qaqoşidze Balakəndə yaşayan ingiloylarla görüşüb
# 07 mart 2009 10:11 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Gürcüstan diaspora işləri üzrə dövlət naziri Yulon Qaqoşidze Azərbaycana səfərinin son günü Balakəndə olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon İcra Hakimiyyətindən məlumat verilib. Bu gün gürcüstanlı nazir, rayona səfəri çərçivəsində ilk öncə rayonda ucaldılan Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyub və Heydər Əliyev muzeyi ilə yaxından tanış olub. Daha sonra Y. Qaqoşidze və rayon icra hakimiyyəti aparatının nümayəndələri inqiloyların yaşadığı İtitala kəndinə gedib. Gürcüstanlı nazir İtitala kəndidə inqiloyların yaşam tərzi ilə tanış olub, kəndə fəaliyyət göstərən gürcü dilində təhsil verən məktəbə baxıb və tədris prosesi ilə maraqlanıb. Gürcüstanlı nazir günorta saatlarında İtitala kəndində Novruz bayramı münasibəti ilə təşkil edilmiş bayram şənliyində iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR