Bank Of Baku

Bayramlara görə şagirdlərdən pul yığan bir necə məktəb direktoru vəzifəsindən azad edilib

Bayramlara görə şagirdlərdən pul yığan bir necə məktəb direktoru vəzifəsindən azad edilib
# 07 mart 2009 10:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib. Nazirin sözlərinə görə, reydlər zamanı bəzi məlumatlar təsdiqlənib və bununla bağlı yerindəcə tədbirlər görülüb. Bir neçə məktəb direktoru vəzifəsindən azad edilib, bəziləri haqqında isə digər inzibati tədbirlər görülüb: “Ancaq mən deyə bilmərəm ki, bu tədbirlərin nəticəsində bütün məsələlər öz həllini tapacaq. Təhsil Nazirliyində “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xəttə”daxil olan hər bir məlumat araşdırılır və faktlar təsdiq olunduqda tədbirlər görülür və bundan sonra da belə tədbirlər görüləcək”. M. Mərdanov bildirib ki, bu problem daha çox Bakıda olduğu üçün paytaxt məktəblərində bu işə daha çox fikir verilir.

Nazir orta məktəblərdə müəllimlərin referendumla bağlı hakimiyyət yönümlü təşviqat qruplarına məcburi cəlbi ilə bağlı məsələyə də münasibət bildirib: “Bu məsələ qanun çərçivəsində olmalıdır. “Təhsil haqqında” qanunda da göstərilir ki, təhsil müəssisələrində heç bir siyasi partiyaların fəaliyyətinə yol verilməməlidir. Buna görə də məktəbdə belə addımların atılmasının qanunu əsası yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR