Bank Of Baku

Regionlardakı texnikumlarda və Azərbaycan Müəllimlər İnstitutunun filiallarında ibtidai sinif və digər fənlər üzrə müəllim hazırlığı azaldılacaq

Regionlardakı texnikumlarda və Azərbaycan Müəllimlər İnstitutunun filiallarında ibtidai sinif  və digər fənlər üzrə müəllim hazırlığı azaldılacaq
# 07 mart 2009 10:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyinin Bakının orta məktəblərində XI sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı keçirdiyi reydlərin nəticələri məlumdur. APA-nın məlumatına görə, bu reydlərin nəticəsindən narazı qalmayan təhsil naziri Misir Mərdanov XI sinif şagirdlərinin dərsə davamiyyətinin zəif olması fikir ilə razılaşmadığını söyləyib: “Əlbəttə, nöqsanlar var. Amma şagirdlərin davamiyyəti yaxşıdır. Şagirdlərin səkkiz fənn üzrə olan sınaq imtahanlarını verə bilməməsi və buna görə də attestat almamaq təhlükəsi onların dərsə davamiyyətinə stimul yaradıb”.

M. Mərdanovun sözlərinə görə, hər il Bakıda bir neçə orta məktəb direktoru yalnız şagirdlərin dərsə davamiyyətinin zəifliyi səbəbindən işdən çıxarılıb və töhmət alıb.
Nazir regionlardakı texnikumlarda və Azərbaycan Müəllimlər İnstitutunun filiallarında ibtidai sinif və digər fənlər üzrə müəllim hazırlığın azaldılması barədə tapşırıq verdiyini də söyləyib: “Əlbəttə, bu müəllimlərin hazırlığını birdən-birə dayandırmaq olmaz. Çünki həmin məktəblərdə çalışanlar Azərbaycan vətəndaşlarıdır. Bizim məqsədimiz kimisə işsiz qoymaq deyil, təhsilin keyfiyyətini artırmaqdır. Eyni zamanda, o fikir də düzgün deyil ki, nə qədər ehtiyac varsa, bir o qədər müəllim hazırlanmalıdır. Hətta işsiz qalsa belə, ali təhsilli insanların çoxluğu cəmiyyətə xeyir verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR