Bank Of Baku

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qadınlar Günü münasibətilə 28 qadını fəxri medalla təltif edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qadınlar Günü münasibətilə 28 qadını fəxri medalla təltif edib
# 07 mart 2009 11:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Ailə, Qadın və Uşaq Problemi üzrə Dövlət Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkənin tanınmış qadınları üçün ziyafət təşkil edib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, dünyanın əksər ölkələri bu günü analara və qadınlara həsr edir. Azərbaycanda bütün sahələr üzrə qadınların irəli çəkildiyini, öndə getdiyini vurğulayan H. Hüseynovanın sözlərinə görə, ölkə qadınları milli ənənələri qorumaq, ailəyə bağlılıq, fədakarlıq kimi gözəl keyfiyyətlərə malikdir: “Hazırda ölkə əhalisinin 51 faizini qadınlar təşkil edir. Qadınların ölkə həyatındakı rolunu prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yüksək qiymətləndirir. Azərbaycanın daxili siyasətində qadın siyasəti ən prioritet istiqamətlərdən biridir”. H. Hüseynova qeyd edib ki, bu il ilk dəfə olaraq komitə ölkənin ictimai, siyasi, mədəni, elmi həyatında fərqlənən 28 qadını fəxri medal və kuboklarla təltif edib. Komitə sədri bu ənənənin davamlı olacağını və hər il fərqlənən qadınların mükafatlandırılacağını bildirib. Sonda Komitə sədri qadınları mükafatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR