Bank Of Baku

Qazaxıstanda Avrasiya Universitetlər Assosiasiyasının qurultayı başlayıb

Qazaxıstanda Avrasiya Universitetlər Assosiasiyasının qurultayı başlayıb
# 10 mart 2009 07:51 (UTC +04:00)
Astana. Ləman Ağayeva – APA. Bu gün Qazaxıstanın paytaxtı Astanadakı Lev Qumilyov adına Avrasiya Milli Universitetində Avrasiya Universitetlər Assosiasiyasının XI qurultayı başlayıb. APA-nın Qazaxıstandakı müxbirinin məlumatına görə, qurultayda prezident Nursultan Nazarbayev də iştirak edir. Azərbaycanı tədbirdə Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov, tədris işləri üzrə prorektor Vüsət Əfəndiyev, Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov təmsil edirlər.

Qurultaydan əvvəl Avrasiya Milli Universiteti ilə Bakı Dövlət Universitetinin rektorları qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Qeyd edək ki, hazırda Avrasiya Universitetlər Assosiasiyası 98 universiteti birləşdirir. Lənkəran Dövlət Universitetinin də quruma qəbulu gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR