Bank Of Baku

Los-Anceles Universitetində Məhəmməd Əmin Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb - FOTOSESSİYA

Los-Anceles Universitetində Məhəmməd Əmin Rəsulzadənin yazdığı və imzaladığı kitab tapılıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 mart 2009 08:07 (UTC +04:00)
APA-nın ABŞ bürosunun xəbərinə görə, kitabı Los-Anceles Universitetinin müəllimi, azərbaycanlı tarixçi Altay Göyüşov təsadüfən aşkarlayıb. O, universitetin Young Kitabxanasındab axtardığı başqa bir kitabı götürməyə gedərkən həmin kitabın yanında M. Ə. Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” kitabını görüb. Kitab ərəb əlifbası ilə yazıldığına görə kitabxananın kataloquna salınmayıb. A. Göyüşov bildirib ki, M. Ə. Rəsulzadə müəllif olduğu kitabın üzərinə ərəb əlifbası ilə bu sözləri həkk edib: “Berlinin Qafqaz Cəmiyyətinə hədiyyə. 1924-cü il, İstanbul. Sabiq Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə”.

A. Göyüşov “Azərbaycan Cümhuriyyəti” kitabında intibah dövrünə aid Azərbaycan ziyalıları barədə məlumat verildiyini deyib. O, kitabda Zəngəzur da daxil olmaqla, Azərbaycanın 1918-1920-ci illərə aid rəsmi xəritəsinin təsvirinin olduğunu, əsərin sonunda isə şəhidlərimizin siyahısının yer aldığını söyləyib.

Qeyd edək ki, Altay Göyüşov Los-Anceles Universitetində Azərbaycan və türk xalqlarının tarixi və dini barədə dərs deyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR