Bank Of Baku

Dövlət Sosial Müdafiə Fondu saytını təkmilləşdirib

Dövlət Sosial Müdafiə Fondu saytını təkmilləşdirib
# 10 mart 2009 08:53 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İnternet saytında (www.sspf.gov.az) əhalinin maarifləndirilməsi məqsədi ilə bir sıra təkmilləşmələr aparılıb və saytın ana səhifəsində yeni altqrup yaradılıb.
Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, «Vətəndaşların məlumatlandırılması» adlı altqrupda sığorta-pensiya sistemində birbaşa əhali ilə təmas zamanı daha çox istifadə olunan məlumatlar - əmək pensiyasının təyin edilməsi üçün lazım olan sənədlərin siyahısı, məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların DSMF-da uçotuna dair ərizə, məlumat, arayış, hesabat və s. bu kimi zəruri sənədlərin formaları yerləşdirilib.
Qeyd edək ki, bu məlumatların əks olunduğu normativ hüquqi aktlar əvvəllər də saytın ayrı-ayrı altqruplarında olub. Yeni altqrup yaradılarkən vətəndaşların məlumatları daha rahat əldə etməsi amili nəzərə alınıb, onların maraq dairəsində olan əsas məlumatlar bir blokda cəmləşdirilib. Belə ki, istənilən vətəndaş bundan sonra saytın ana səhifəsində nəzərə çarpan yerdə formalaşdırılan «Vətəndaşların məlumatlandırılması» altqrupuna daxil olmaqla əmək pensiyasının təyin olunması üçün lazım olan sənədlərin siyahısı (yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya növləri üzrə), məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sığortaedənlərin və sığortaolunanların DSMF-da uçotuna dair ərizə, məlumat, arayış və s. formalar barədə məlumat əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR