Bank Of Baku

Kürün Gürcüstan və Ermənistandan keçən hissələrində suyun tərkibindəki çirkləndiricilər normadan dəfələrlə çoxdur

Kürün Gürcüstan və Ermənistandan keçən hissələrində suyun tərkibindəki çirkləndiricilər normadan dəfələrlə çoxdur
# 10 mart 2009 08:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çayları, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevralın son ongünlüyündə keçirdiyi monitorinqin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın üçüncü ongünlüyündə Kür çayında suyun sərfi ikinci ongünlüyə nisbətən artıb. Çayın Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini dəfələrlə ötüb. Kürün Şıxlı-2 məntəqəsində fenol və mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay Su Anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə normadan çox olub. Gürcüstan və Ermənistan ərazisində təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı da normanı keçib.

Monitorinq nəticəsində Araz çayında da mis və fenolun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR